Düşmənin tank taborunun komandiri məhv edilib
2020-11-03 18:00
Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib. Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.
Fərid Mehdiyev