Düşmənin komanda müşahidə məntəqəsi sıradan çıxarılıb

2020-10-07 10:09

Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib. Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu ölən və yaralanan var. Düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu da sıradan çıxıb. Ermənilərin 1-ci motoatıcı alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralananlar var.

Vəfa Şairova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik