Düşmənin hərbi hava qüvvələrinin polkovnik-leytenantı məhv edilib
2020-10-18 15:05
Düşmən hərbi hava qüvvələrinin polkovnik-leytenantı Vyaçeslav Vaskovski məhv edilib. 45 yaşlı hərbçinin adı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı itkilər siyahısında olub. Ermənistan KİV-də gedən məlumata görə, Vaskovski aviasiya qoşunu hissəsinin komandir müavini olub. Bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulduğunu açıqlayıb. Eləcə də Ermənistanın Su Polosu üzrə Milli Komandasının üzvü Henrik Hakobyan da Qarabağda gedən döyüşlərdə məhv edilib.
Nərgiz Camal