Düşmənin Gəncəyə növbəti atəşi nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb
2020-10-11 12:00
Ermənistan silahlı qüvvələrinin bu gün gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 7 nəfər həlak olub, 16-ı qadın, 6-ı azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib. Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, əməkdaşlar tərəfindən zərərçəkən şəxslərin və mülki infrastruktur obyektlərinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Nərgiz Camal