2020-10-13 15:01
Ombudsman Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində baş verən insan tələfatı və dağıntılarla əlaqədar aparılan faktaraşdırıcı missiyaya dair hesabat yayıb. Erməni təxribatı nəticəsində 3 uşaq hər iki valideynini itirib. Ermənistanın insanlığa sığmayan bu kimi hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə adlandırılıb. Bu təcavüz aktı beynəlxalq təşkilatları, dünya dövlətlərini, milli insan hüquqları təsisatlarını işğalçı Ermənistana qarşı hüquqi sanksiyaların tətbiq edilməsi ilə bağlı konkret tədbirlər görülməsi üzrə səylər göstərməyə vadar etməlidir - deyə hesabatda bildirilir.
Nərgiz Camal