Düşmənin BTC boru kəmərinə raket atəşi ilə bağlı cinayət işi açılıb

2020-10-07 14:03

Ermənistanın BTC boru kəmərinə raket atəşi ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun məlumatına görə, düşmən “Smerç” nəslindən olub böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd bombacıqlar olan reaktiv yaylım atəşli raketdən atəş açıb. Azərbaycan silahlı qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan bombacıqlardan bir hissəsi Yevlax rayonu Aran qəsəbəsindən keçən diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə düşüb. Bir hissəsi həmin ərazidən keçən, xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsəfəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tibilisi-Ceyhan Neft kəmərindən 100 metr məsafəyə səpələnib.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik