Düşmən yaşayış məntəqlərimizi atəşə tutub
2020-10-26 17:00
Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən artilleriya atəşinə tutub. Saat 15:30-da isə Tərtər şəhərini toplardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tərtər şəhərini və rayonun kəndlərinin atəşə tutulması nəticəsində Qaziyan kəndində fərdi yaşayış evləri dağılıb, mülki infrastruktura ciddi ziyan dəyib. Düşmən səhər saatlarında Ağdam rayonunun Qaradağlı kənd məktəbini də atəşə tutub.
Fərid Mehdiyev