Düşmən yaşayış məntəqələrimizi yenidən atəşə tutur
2020-11-05 16:00
Bu gün saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur. MN-dən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür. Həmçinin Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı hərbi texnikalar qənimət olaraq ələ keçirilib.
Nərgiz Camal