Düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur
2020-10-10 11:00
Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur. Ordumuz tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür. Müdafiə Nazirliyindən o da bildirilib ki, düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilir. Ermənilərin daha bir zirehli tank bölməsi darmadağın edilib.
Vəfa Şairova