Düşmən yaşayış məntəqələrimizi atəşə tutub

2020-11-05 10:00

Bu gün səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub. Səhər saat 7.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb. Düşmən Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Ordumuzun bölmələrinin mövqelərini də minaatan və atıcı silahlardan yenə atəşə tutub. Dünən axşam saatlarından başlayaraq bu gün saat 4:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub. Müdafiə Nazirliyindən o da bildirilib ki, dünən gün ərzində və bu günə keçən gecə düşmən cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik