2020-10-26 13:00
Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir. Hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Tovuz və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulur. Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Ordumuzun bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır. Bundan başqa, bu gün saat 11.20-də düşmən Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub. Müdafiə NazirliyindənAzərbaycanın hərbi aviasiya vasitələrindən istifadə etməsi barədə Ermənistan tərəfinin yaydığı xəbərin yalan və növbəti dezinformasiya olduğu da bildirilib. Azərbaycan əldə edilən yeni humanitar atəşkəs rejimi barədə razılığa riayət edir.
Vüsalə Camal