Düşmən təxribatları nəticəsində telekommunikasiya infrastrukturuna dəyən ziyan aradan qaldırılır
2020-11-03 12:03
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutması nəticəsində Gəncə şəhərinin, Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının telekommunikasiya təsərrüfatına ziyan dəyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, zədələnmələrin aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə iş aparılır.
Vüsalə Camal