Düşmən Tərtər və Ağcabədi ərazisini atəşə tutur

2020-11-04 10:00

Bu gün saat 8.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtərin Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədinin Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur. Ordumuzun bölmələri adekvat cavab tədbirləri görür. Müdafiə Nazirliyindən on da bildirilib ki, dünən gün ərzində və bu günə keçən gecə düşmən cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Sutka ərzində ermənilərin xeyli sayda canlı qüvvəsi, 2 T-72 tankı, 3 D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 taktiki PUA-sı, 3 hərbi yük maşını məhv edilib. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Vəfa Şairova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik