Düşmən Tərtər və Ağcabədi ərazisini atəşə tutur
2020-11-01 11:00
Bu gün saat 10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutur. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Nərgiz Camal