Düşmən Tərtər, Ağdam və Ağcabədi ərazisini atəşə tutub

2020-10-31 10:00

Bu gün Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini, Ağcabədinin Qiyaməddinli kəndini artilleriya atəşinə tutub. Müdafiə Nazirliyindən o da bildirilib ki, oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə düşmənin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin müxtəlif istiqamətlərində görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Dünən gün ərzində və gecə saatlarında düşmənin xeyli sayda canlı qüvvəsi, 2 T-72 tankı, 3 PDM, 2 “Smerç” və 2 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 müxtəlif tipli topu, 1 “Osa” ZRK, 1 radioelektron mübarizə stansiyası, 2 avtomobil texnikası məhv edilib. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik