Düşmən mərmisi Goranboyun Ağcakənd qəsəbəsində qaz xəttini zədələyib
2020-10-08 14:04
Bu gün səhər saatlarında düşmənin atdığı mərmi Goranboy rayonu, Ağcakənd qəsəbəsində qaz xəttini zədələyib və bunun nəticəsində bir küçənin qaz təchizatı məhdudlaşdırılıb. “Azəriqaz”dan o da bildirilib ki, Füzuli rayonu üzrə 6 yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonu tam olaraq və Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin mavi yanacaqla təchizatı da hələlik bərpa olunmayıb.
Nərgiz Camal