Düşmən Goranboya "Smerç" raketi atıb
2020-11-05 17:05
Düşmən dinc əhalini və mülki infrastrukturu hədəfə alaraq Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır. Ermənilərin Goranboy rayonunun Meşəli kəndinə atdığı "Smerç" raketi yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Atılan raketlərdən ayrılan iki bombacıq partlamayıb. ANAMA-nın təcili və təxirəsalınmaz əməliyyat axtarış qrupu əraziyə cəlb olunub və müvafiq tədbirlər görülüb.
Fərid Mehdiyev