Düşmən elektron poçt üzərindən “fişinq” məktublar göndərir
2020-10-29 15:08
Ermənistan tərəfi bu dəfə də elektron poçt üzərindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından “fişinq” xarakterli məktublar göndərir. İstifadəçilərdən 48 saat ərzində məktubda göstərilən keçidə daxil olaraq elektron poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir. Əks halda, həmin istifadəçilərin e-poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir. Bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlar bu kimi hallarla üzləşdiklərində Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.
Nərgiz Camal