2020-10-26 11:00
Azərbaycan Ordusunun bölmələri bu gün saat 8-dən qüvvəyə minən humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir. Ermənistan silahlı qüvvələri isə növbəti dəfə əldə olunan razılaşmanı kobud surətdə pozub. Saat 8.05-də düşmən Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Ordumuzun bölmələrini artilleriya atəşinə tutub. Düşmən bu gün Tərtər şəhərini və rayonun kəndlərini də artilleriya atəşinə məruz qoyub. Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Tovuz, Gədəbəy və Daşkəsən əraziləri, eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də atəşə məruz qalıb. Müdafiə Nazirliyindən o da bildirilib ki, Ağdamın kəndləri düşmən tərəfindən artilleriya atəşinə tutulur.
Vəfa Şairova