Düşmən atəşi nəticəsində Tərtər və Ağcabədidə sakinlərə ziyan dəyib, yaralı var
2020-10-19 11:00
Oktyabrın 18-i səhər saatlarından düşmənin Ağcabədini müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində 25-dən artıq evə ziyan dəyib. Bu gün səhər saatlarından başlayaraq ermənilər tərəfindən Tərtərin müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması zamanı Ələsgərli kənd sakini 58 yaşlı Niyaz Hüseynalı oğlu Səlimov evinin həyətinə top mərmisinin düşməsi nəticəsində xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib, tikiliyə ciddi ziyan dəyib. Baş Prokurorluqdan verilən məlumata görə, mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Nərgiz Camal