Düşmən atəşi nəticəsində daha bir dinc sakin həlak olub
2020-10-29 18:02
Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Goranboy rayonunun Tap kəndində daha bir dinc sakin həlak olub. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dakı paylaşımında qeyd edib ki, raket həmin şəxsin evinin damına düşüb. Ermənistanın hərbi cinayətləri davam edir.
Nərgiz Camal