Düşmən Ağdamın kəndlərini intensiv atəşə tutur
2020-11-04 11:00
Bu gün saat 10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür. Müdafiə Nazirliyindən o da bildirilir ki, bu gecədən səhərədək Ermənistanın Berd rayonu istiqamətindən Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub.
Fərid Mehdiyev