Düşmənə məxsus Su-25 təyyarəsi məhv edilib
2020-10-17 13:00
Bu gün saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Düşmənin S-300 zenit-raket kompleksi də sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirlib.
Vəfa Şairova