Döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib
Hərbi Dəniz Qüvvələrinin döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib. Neft-qaz boru kəməri rayonlarında patrullama fəaliyyətinin icrası, sualtı diversiya əleyhinə müdafiənin təşkili, düşmənin şərti suüstü və hava hədəflərinin məhv edilmsi və digər tapşırıqlar icra edilib. Təlimə 26 gəmi və 450 nəfər şəxsi heyət cəlb olunub.
Fərid Mehdiyev