Döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir
2021-04-28 18:00
Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən infrastruktura baxış keçirib. Müdafiə nazirinin müvafiq tapşırıqları şəxsi heyətə çatdırılıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
Nərgiz camal