Dövlət xidmətinin rayon şöbəsində insident baş verib
Astarada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırış vərəqəsini cıran və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan şəxs 8 gün müddətinə inzibati qaydada həbs edilib. Məlumata görə, 2007-ci il təvəllüdlü çağırışçı qurumun əməkdaşlarına qarşı tabesizlik göstərib, daha sonra polis əməkdaşlarının tələblərinə də əməl etməyib.
18 noyabr 2026

