Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda şübhəli bilinən 8 vəzifəli şəxs həbs edilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatına görə, keçirilən əməliyyat nəticəsində Qaradağ, Saatlı, Cəbrayıl və Ağdaş rayonlarında vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub. İstintaqla müəyyən edilib ki, onlar vətəndaşların hərbi xidmətdən yayındırılması, möhlət verilməsi və ölkədən çıxışına məhdudiyyət qoyulmaması üçün rüşvət alıblar. Faktla bağlı cinayət işləri başlanıb, 8 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.
24 aprel 2026

