Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Kəlbəcər və Laçında xidməti ezamiyyətdə olub
2020-12-09 14:00
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub. Əli Nağıyev Azərbaycan əsgərləri ilə söhbət edərək, onların problemləri ilə maraqlanıb. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin yaxın zamanlarda fəaliyyətə başlayacaq yerli şöbələrinin məsələlərini müzakirə edib və Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradovla görüşüb.
Vüsalə Camal