Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin yeni binası istifadəyə verilib
2020-12-23 18:00
Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin yeni inzibati binasının açılışı olub. Tikilinin Dövlət bayrağı qaldırılıb. Xidmət rəisi general-polkovnik Əli Nağıyev Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçular ilə görüşüb, onlara bayram sovqatları təqdim edilib. Sonra tədbir iştirakçıları Şuşa şəhərində qulluq keçən hərbçilər üçün Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunan konsert proqramına tamaşa ediblər.
Vüsalə Camal