Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
Dövlət Sərhəd Xidmətinin "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana narkotik keçirməyə cəhdin qarşısı alınıb. Sərhədi pozaraq ölkəmizə daxil olan "paratrike" tipli uçuş aparatı zərərsizləşdirilib. Aparatdan 21 kiloqramdan artıq narkotik vasitə və 4 min ədəd metadon həbi aşkarlanıb. Uçuş aparatını idarə edən İran vətəndaşı saxlanılıb.
16 noyabr 2026

