Dövlət sərhədində döyüş əməliyyatları davam edir
2021-11-16 16:12
Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdiriblər. Laçın rayonu ərazisində yerləşən bölmələrimiz müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutulub. Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib. Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.
Nərgiz camal