Canlı
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

2018-08-09 / 12:11

DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 11 avqust tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. İştirak üçün onlayn qeydiyyat 11 avqust saat 9:00-da başa çatacaq.

Vəfa Şairova