Canlı
Dövlət qulluğuna qəbul olmaq istəyən üçün sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək. Sınaq imtahanları 15, 22, 29 noyabr və 2, 6 və 13 dekabr tarixlərində keçiriləcək. Ödənişin məbləği 30 manatdır.

Vüsalə Camal