Canlı
Dövlət qulluğuna qəbul üzrə test bankı dəyişdirilib

"Dövlət qulluğuna qəbul üçün yeni test bankı hazırlanıb". Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov deyib ki, vəzifə qrupları üzrə 20 yeni test proqramı hazırlanıb. Yeni modeldə dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku salınıb. Test imtahanı modeli kifayət qədər mürəkkəbləşdirilsə də, bir o qədər çevikləşib. Yeni modelin yoxlanılması məqsədilə artıq oktyabrın 5-dən dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib.

Vəfa Şairova