Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanının proqramında dəyişiklik edilib
2021-04-13 14:00
Fəaliyyət istiqamətinə daxil olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmunun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir, test bankı mütəmadi olaraq yenilənir və banka yeni model tapşırıqlar daxil edilir. DİM-dən bildirilib ki, qeyd olunanlar nəzərə alınaraq Dövlət qulluğuna qəbul üzrə müsabiqənin 2022-ci ilin mayından etibarən keçirilən test imtahanlarının qanunvericilik üzrə proqramında müəyyən dəyişikliklər həyata keçirilib.
Nərgiz camal