Canlı
Dövlət qulluğuna qəbul üçün daha 334 vakant yerə müsabiqə elan edilib

2018-03-08 / 14:14

Dövlət İmtahan Mərkəzi mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında, ümumilikdə 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 334 vakant icraçı vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək.

Ruhəngiz Hacızadə