Dövlət qulluğuna müsahibələr onlayn təşkil olunacaq
2020-06-16 16:00
Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrdə iştirak edəcək namizədlərə müraciət edib. 18 mart tarixindən təxirə salınan müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub. Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.
Vüsalə Camal