Dövlət qulluğuna elan edilən müsahibələr təxirə salınıb
2020-10-08 17:09
DİM dövlət qulluğu üzrə müsahibələrdə iştirak etmək üçün müraciət edən, lakin səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılan namizədlərə müraciət edib. Həmin vətəndaşlarla müsahibələrin keçirilməsi hərbi xidmətə çağırılmaları səbəbindən müvəqqəti olaraq təxirə salınır. Onlar üçün yenidən müsahibələr təşkil ediləcək və həmin şəxslərin müsahibələrdə iştirak hüququ tam təmin ediləcək.
Vüsalə Camal