Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü tutulub
Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi "Chevrolet" markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərində yerləşən stasionar postda saxlanılıb.Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması aşkarlanıb. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinə zamanı narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.Faktla bağlı o inzibati qaydada həbs edilib.
16 noyabr 2026

