Dövlət Proqramında iştirak edən namizədlərin maliyyələşdirilməsi müqavilə əsasında olacaq

2019-11-18 18:05

“2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda iştirak edənlərin təhsilinin maliyyələşdirilməsi Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq verən ali təhsil müəssisəsi arasında müqavilə əsasında həyata keçiriləcək. Bunu Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli bildirib.

Vüsalə Camal