Dövlət proqramına düşən xarici universitetlərin siyahısı hazırlanır
2021-03-01 16:09
Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə bağlı yaranan problemlərlə Xarici İşlər Nazirliyi məşğul olur. Təhsil naziri Emin Əmrullayev bildirib ki, Təhsil Nazirliyi yaranan problemin həlli üçün dəstək olur. Bundan başqa Nazir dövlət proqramına düşən xarici universitetlərin ilkin siyahısının martın sonuna qədər ictimaiyyətə təqdim olunacağını qeyd edib.
Nərgiz camal