Dövlət Komitəsi: ABŞ-də Azərbaycan bayrağının endirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil
ABŞ-də Azərbaycan bayrağının endirilməsi ilə bağlı yayılan məlumatlar təkzib edilib.Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi açıqlama yayıb.Manhettendə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə qaldırılan Azərbaycan bayrağı bir həftə ərzində qaydalara uyğun olaraq dalğalanıb. Onun erməni təşkilatının təşəbbüsü ilə endirilməsi barədə yayılan məlumatların heç bir mötəbər sübutu yoxdur. Komitə ictimaiyyəti dezinformasiyalara inanmamağa çağırıb.
18 noyabr 2026

