Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur
Oktyabrın 13-də, saat 22:00 radələrindən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı kiberhücumlar qeydə alınıb.Məlumata görə, xarici haker qruplaşması tərəfindən həyata keçirilən hücumlar zamanı 100-dən artıq dövlət domeni hədəfə alınıb. Nəticədə bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb.Görülən müvafiq texniki tədbirlər nəticəsində hücumun təsirləri məhdudlaşdırılıb, dövlət internet resurslarının fəaliyyətinin davamlılığı təmin edilib.Hazırda kibertəhlükəsizliyin təmin olunması və mövcud risklərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
14 oktyabr 2026

