Dövlət İmtahan Mərkəzi imtahanlarda iştirak edəcək abituriyentlərə müraciət edib
2021-04-23 18:07
Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda və imtahanlarda iştirak edəcək abituriyentlərə müraciət edib. Yaxın vaxtlarda ərizə qəbulu və imtahanlara start veriləcək. Bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmaq tövsiyə olunub. 2021-ci il yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər öz sənədlərini yeniləməlidirlər.
Vəfa Şairova