Canlı
Dövlət Baytarlıq Xidməti Rusiyada heyvan xəstəliklərinin yayılması ilə bağlı hərəkətə keçib

2018-09-11 / 12:03

Azərbaycanın Dövlət Baytarlıq Xidməti Rusiyada heyvanlar arasında xəstəliklərin yayılması ilə əlaqədar hərəkətə keçib. Rusiyanın Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit, Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəlikləri yayılıb. Xəstəliklərin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə həmsərhəd rayonlara çiçək xəstəliyi əleyhinə 15 min doza əlavə çiçək vaksini göndərilib. Vaksinlər lazımı temperatur rejimi gözlənilməklə Quba, Qusar və Xaçmaza çatdırılıb.

Vəfa Şairova