Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilib. Sialə Rüstəmova Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib.

Vəfa Şairova