Dövlət başçısı və birinci xanım işğaldan azad edilmiş ərazilərimizdə olublar
2020-11-17 10:00
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Cəbrayıl rayonundan görüntülər paylaşıb. Görüntülərdə Prezident İlham Əliyev Cəbrayılda ermənilərin vandalizminin nəticələrindən danışıb və əsaslı bərpa işlərinin görüləcəyini vurğulayıb. "Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Zəfərimiz haqqın-ədalətin bərpasıdır" deyə dövlət başçısı bildirib.
Vüsalə Camal