DÇ 2026 həyəcanı davam edir
Dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçirilib. Argentina yığması Avstriyanı 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmada hər iki qolu Lionel Messi vurub və komandasını növbəti mərhələyə daşıyıb.Fransa millisi İraqı 3:0 məğlub edib və qrupdakı mövqeyini gücləndirib.Norveç yığması Seneqal üzərində 3:2 hesablı qələbə qazanıb.Əlcəzair isə 2:1 İordaniyaya qalib gəlib.Bu günün proqramında saat 21:00-da Portuqaliya və Özbəkistan yığmaları qarşılaşacaq.Gecə yarı saat 00:00-da İngiltərə Qana ilə üz-üzə gələcək.Günün digər oyununda Panama və Xorvatiya komandaları saat 03:00-da meydana çıxacaq.Saat 06:00-da isə Kolumbiya və Konqo Demokratik Respublikası yığmaları mübarizə aparacaq.
23 iyun 2026

