DÇ-2026 həyəcanı davam edir
Futbol üzrə DÇ-2026-nın açılış matçı rekord göstərici ilə yadda qalıb. Meksikanın CAR üzərində 2:0 hesablı qələbə qazandığı oyunda baş hakim 3 qırmızı vərəqə göstərərək dünya çempionatlarının açılış görüşləri üzrə yeni rekord müəyyənləşdirib. A qrupunun növbəti oyununda isə Cənubi Koreya yığması Çexiya üzərində əzmkar qələbə qazanıb. Hesabı Çexiya açsa da, koreyalılar ikinci hissədə vurulan iki qolla görüşü 2:1 hesabı ilə başa vurublar. Bu gün Bakı vaxtı ilə saat 23:00-da Kanada və Bosniya və Herseqovina, iyunun 13-ü səhər saat 5:00-da isə ABŞ - Paraqvay qarşılaşması baş tutacaq.

