DÇ 2026-da qrup mərhələsinin ilk turunda bir neçə oyun keçirilib
Futbol üzrə dünya çempionatının L qrupunda İngiltərə millisi Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə isə Qana Panamanı 1:0 hesabı ilə üstələyib.K qrupunda Portuqaliya Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edib. Qrupun digər matçında isə Kolumbiya Özbəkistanı 3:1 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başlayıb. 19 iyun gecə saat 02:00-da Kanada - Qətər, səhər saat 05:00-da isə Meksika - Cənubi Koreya qarşılaşması baş tutacaq.
18 iyun 2026

